23:25
22 12 2020

Şuşa şəhərində "Bayatı Şiraz"

"Yayın.Az" xəbər verir ki, konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.
Konsert zamanı bir sıra mahnılar ifa olunub, o cümlədən “Bayatı-şiraz” dəstgahı səslənib.

Şuşada, Cıdır düzündə bu gün 30 ilin həsrətinə son qoyulub və möhtəşəm tədbir keçirilib! Tədbirdə Təyyar Bayramovun oğlu Kənan Bayramov da çıxış edib və səsləndirdiyi "Bayatı Şiraz"ı sizlərə təqdim edirik.

Qeyd edək ki, DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.







NEWS FEED