23:36
20 03 2021

“The Washington Post”: “Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir”

ABŞ-ın məşhur “Washington Post” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Novruz bayramını necə qeyd etməsi barədə məqalə dərc edib.
Bu barədə Caliber.Az məlumat yayıb.
Məqalədə qeyd olunur ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olmuş və 1992-ci ildən bəri erməni işğalı altında olan Şuşa 2020-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
“Bu gün biz Novruz bayramını bizim qədim şəhərimiz, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”, - deyə nəşr Prezident İlham Əliyevin Novruzun qeyd edilməsinin ənənəvi üsulu olan tonqalın yandırılmasından sonra səsləndirdiyi fikirləri təqdim edib.
Məqalədə prezidentin xalqa bayram müraciətindən çıxarış təqdim olunub:
“Ola bilsin, Şuşa, şəhərdəki tarixi yerlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Ancaq Şuşa təslim olmadı. Şuşa sınmadı, ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və biz bu gün Şuşada bunu bir daha görürük”.
Nəşr qeyd edir ki, Azərbaycan ötən il baş verən 44 günlük müharibə zamanı öz torpaqlarını erməni işğalından azad edib.

NEWS FEED