13:37
11 11 2023

Nadir Qafarzadə: “Yalançı olmaqdan bezmişəm”

“Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinin, hansı ki, saat 10:00-da başlayır, məni oraya dəvət etməyin. Oyana bilmirəm”.

Bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında yayımladığı videomüraciətdə deyib. O, aparıcılardan onu səhər saatlarına olan proqramlara çağırmamağı xahiş edib.

“Bütün əsəblərim gedir. Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm. Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm, gəlirik. Ona görə, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm.

Artıq yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, hansı ki, 100 il əvvəl rəhmətə gediblər. Nə bilim, it-pişiyimiz öldü, ya kimsə. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin”, -  deyə Nadir vurğulayıb. 

NEWS FEED