158
06:30
17 01 2021
Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb
Misirin paytaxtı Qahirədən 30 kilometr cənubda arxeoloqlar Qədim padşahlıq dövrünə aid edilən qədim məbəd aşkarlayıblar.
Məbəd 4,5 min il əvvələ aid edilir.
Arxeoloqlar bildirir ki, məbəd Miladdan əvvəl 2347-2337-ci illərdə hökmranlıq etmiş Qədim padşahlığın VI sülaləsinin fironlarından birincisi olan Tetinin həyat yoldaşınındır.
Qeyd olunur ki, məbəddə 50 taxta tabutun qoyulduğu 10-12 metr dərinlikdə 52 quyu aşkar edilib.
Arxeoloqlar quyularda o dövrdə qədim misirlilərin ibadət etdikləri çox sayda artefaktlar və heykəllər də tapıblar
© Vesti