



BMT Təhlükəsizlik Şurası Polşanın müraciəti ilə fövqəladə iclas çağırır
Polşanın müraciətinə əsasən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) təcili toplantı keçirəcək. Yayin.az xəbər verir ki, bu barədə məlumatı Polşanın Xarici İşlər Nazirliyi özünün “X” sosial şəbəkəsində açıqlayıb. Bildirilir ki, iclasın çağırılmasına səbəb Rusiya tərəfindən Polşanın hava məkanının pozulmasıdır. Xatırladaq ki, sentyabrın 10-da Polşa tərəfi Rusiya PUA-larının Ukraynaya qarşı kütləvi hücum zamanı ölkənin hava məkanına daxil olduğunu və onların zərərsizləşdirildiyini bəyan etmişdi.
Şərhlər