16:54
29 05 2025

İlon Maskdan bəyanat: "İyun ayından "Tesla" "Model Y" özü-özünü müştərilərə çatdıracaq"

"Tesla" şirkəti artıq bir neçə gündür ABŞ-nin Texas ştatının Ostin şəhərində "Model Y" avtopilotlu (sürücüsüz) avtomobilləri sınaqdan keçirir və model iyun ayından etibarən özünü müstəqil şəkildə müştərilərə çatdıracaq.

Bu barədə ABŞ-li iş adamı, "Tesla"nın rəhbəri İlon Mask "X" hesabında yazıb.

"Son bir neçə gündür "Tesla" Ostində ictimai küçələrdə heç bir insident yaşanmadan "Model Y" avtopilotlu avtomobillərini sınaqdan keçirir. Plandan bir ay qabaq. Gələn ay zavoddan müştəriyə ilk özünüçatdırılma olacaq", - deyə o, paylaşımda bildirib.

Qeyd edək ki, İlon Mask dəfələrlə avtopilot texnologiyasını "Tesla"nın inkişafı üçün növbəti əhəmiyyətli drayver adlandırıb, xüsusən də şirkət avtomobil satışlarında davamlı yavaşlama ilə üzləşdiyi bir vaxtda.

 

NEWS FEED