19:48
18 08 2021

Türkiyə 200 vətəndaşını Əfqanıstandan təxliyə etdi

"Taliban"ın Kabilə nəzarəti ələ keçirdikdən sonra ölkəsinə qayıtmaq istəyən türk vətəndaşları Türkiyə Silahlı Qüvvələrinə aid "A400 M" təyyarəsi ilə təxliyə olunub.
Kabil beynəlxalq hava limanının təhlükəsiz bölgəsində yerləşdirilən 200-dən çox türkiyəli ölkəsinə qaytarılıb.
"Taliban"ın Kabila daxil olması, hər şey bir gündə baş verdi. Bundan sonra səfirliyə ölkəyə qayıtmaqla bağlı müraciət etdik", - deyə təxliyə olunan vətəndaşlardan bildiriblər.


© "Anadolu" agentiyi

NEWS FEED