19:23
18 08 2021

Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir

Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə hazırdır.
Bunu “Rosoborooneksport”un İstanbulda IDEF-21 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən nümayəndə heyətinin rəhbəri Denis Quzinov bəyan edib.
O, ölkəsinin Türkiyəyə təyyarə və helikopter avadanlıqları tədarükünü həyata keçirə biləcəyini, həmçinin Su-35 və Su-57 qırıcılarının satışı barədə dialoqa hazır olduğunu bildirib.
Həmçinin, Quzinov S-400 zenit-raket sistemlərinin yeni partiyası ilə yanaşı, onların müdafiəsi üçün lazımi texnikanı da Türkiyəyə təklif edib.

© TASS 

NEWS FEED