295
00:34
27 04 2021
“Bloomberg”: “Türkiyə ABŞ-la müdafiə razılaşmasını dondura bilər”
Rəsmi Ankara ABŞ prezidenti Co Bayden tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasına cavab olaraq, müdafiə sahəsindəki ikirtərəfli müqavilənin fəaliyyətini dondura bilər.
Agentliyin verdiyi xəbərə görə, Türkiyə rəhbərliyi Baydenin XX əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələri “erməni soyqırımı” adlandırması ilə əlaqədar hərəkətə keçməyə hazırlaşır.
Rəsmi Ankara cavab addımı olaraq, xüsusən 1980-ci ildə bağlanan müdafiə sahəsində Türkiyə-Amerika əməkdaşlıq müqaviləsinin fəaliyyətinin dayandırılması ehtimalını nəzərdən keçirir.
Qeyd olunur ki, bu razılaşmaya əsasən, ABŞ Türkiyəyə hərbi sənayesinin, ordusunun inkişafı və modernləşdirilməsində kömək edir.
© “Bloomberg”