00:04
20 10 2023

Bakıda xeyriyyə məqsədilə III “Qələbə qaçışı” təşkil ediləcək

Noyabrın 12-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.


Nazirliyin mətbuat xidmətindən Yayin.Az-a verilən məlumata görə, “Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəməlidir. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.

Qaçış çərçivəsində maraqlı tədbirlər də təşkil olunacaq.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

NEWS FEED