Tokioda Azərbaycan idmançısının testi pozitiv çıxdı, paracüdoçular karantinə alındı
Azərbaycanın Tokio Yay Paralimpiya Oyunlarındakı bayraqdarı dəyişib.
Paralimpiya çempionu, paracüdoçu Ramil Qasımovdan Tokio Atletlər Kəndində COVID-19 PCR test nümunəsi götürülüb və testin nəticəsi pozitiv çıxıb.
Bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün idmançı Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.
Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib. Onlar yarışlarda iştirak edə biləcək. Lakin onların açılış mərasimində iştirak etmələrinə icazə verilməyib.
Qeyd edək ki, 11 cüdoçumuz arasında ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu, nüvə itələmə üzrə atlet Oloxan Musayev olacaq.