14:17
03 11 2025

Tramp Venesuela ilə müharibəyə başlamaq istəyir?

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Venesuela ilə müharibə etmək niyyətində deyil.

O, bu barədə "CBS News" telekanalına müsahibəsində bildirib.

Telekanalın jurnalisti Nora O'Donnell prezidentə: "ABŞ Venesuela ilə müharibəyə başlamaq niyyətindədirmi?" - sualını verib.

"Zənn etmirəm. Düşünmürəm", - deyə Tramp cavab verib.

Onun sözlərinə görə, narkotiklər və miqrasiya ilə bağlı problemlər var, lakin bu problemləri həll etmək üçün hərbi münaqişəyə başlamaq niyyəti yoxdur.

XƏBƏR LENTİ