Selçuk Bayraktar: "Fergani FGN-100-d2" kosmos səyahətinə başladı"
Türkiyənin "Fergani Space" şirkətinin tam yerli resurslarla inkişaf etdirdiyi ikinci peyki, habelə özəl sektorun ən böyük peyki olan "FGN-100-d2" uğurla kosmosa göndərilib. Bu barədə məlumatı Savunmasanayist.com portalı yayıb. Bildirilir ki, texnologiyalar sahəsinin lideri "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən qurulan şirkət "Mövqe Bürc Peyki Layihəsi"nin ikinci mərhələsini tamamlayıb. "Fergani Space Technologies" şirkəti tərəfindən hazırlanmış 104 kiloqramlıq "FGN-100-d2" peyki "SpaceX"in "Bandwagon-4" missiyası çərçivəsində noyabrın 2-də Türkiyə vaxtı ilə saat 8:09-də (Bakı vaxtı ilə saat 9:09-da) ABŞ-nin "Cape Canaveral SLC-40" bazasından kosmosa göndərilib.

Şərhlər