289
01:10
14 01 2021
Andiçmə günü Baydeni 20 min əsgər qoruyacaq
Yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi ərəfəsində Milli Qvardiyanın 20 mindən çox hərbçisi Vaşinqtonda asayişin qorunmasına cəlb olunacaq.
Bu barədə Vaşinqton polisinin rəhbəri Robert Konti deyib.
“Bu, milli təhlükəsizlik məsələsi olduğu üçün son rəqəmləri ABŞ Məxfi Xidməti verəcək, ancaq Kolumbiya dairəsində (Vaşinqton) Milli Qvardiyanın 20 mindən çox üzvünü görəcəksiniz”, - Konti bildirib.