02:26
11 12 2020

Anemiya üçün yaxşı olan super qidalar!

Anemiya bir çox səbəbə görə ola bilər. Ölkəmizdə ən çox görülən anemiya səbəbi dəmir və vitamin çatışmazlığıdır. Dəmir və vitamin çatışmazlığının ən böyük səbəbi balanssız və nizamsız bəslənmədir. Bəs anemiyanın əlamətləri nələrdir? Hansı qidalar anemiya üçün faydalıdır! Diyetisyen Salih Gürel mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verdi.

  Anemiya tez-tez görülən bir qan xəstəliyi olub, qanda qırmızı qan hüceyrələrinin səviyyəsində azalmadır. Xalq dilində "qan azlığı" adlanır.

  Anemiya baş ağrısı, dırnaq qırılmasına, saç tökülməsinə, yorğunluğa, iştahsızlığa, dərinin qurumasına, böyüməyə, inkişafa və zəkaya mənfi təsir göstərən bir sağlamlıq problemidir.


Kansızlığa iyi gelen besinler nelerdir? 

  • Qırmızı ət
  • Hind quşu, toyuq
  • Qızıl balıq, Tuna
  • Soya paxlası, Tofu (pendir)
  • Qırmızı çuğundur
  • Quru paxlalılar (Lobya,Qırmızı lobya, Noxud, mərci və b.)
  • Qara Gözlü noxud, noxud, yaşıl lobya və yaşıl bibər
  • Quzu qulağı, gicitkən cəfəri, nanə, ispanaq roka, Brokkoli, Pazı
  • Portağal, Tut, Banan, Çiyələk və Yemiş
  • Qoz, fındıq və badam
  • Tahini, Doşab, kişmiş, gavalı və xurma

Normada hemoqlobinin qanda səviyyəsi:

qadınlarda
120-140 q/l
kişilərdə
130-160 q/l
uşaqlarda
1-6 yaş - 110 q/l-dən yuxarı
6 yaşdan yuxarı
120 q/l-dən yuxarı 


NEWS FEED