329
22:15
24 01 2021
Xərçəngin indiyədək məlum olmayan əlaməti açıqlandı
Qan laxtalanmasının yaranması onkoloji xəstəliklərin mövcudluğuna işarə ola bilər.
Bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, qan laxtalanmasının yaranması zamanı pasiyenti tam müayinədən keçirmək lazımdır ki, həkimlər onun yaranmasının dəqiq səbəbini müəyyən edə bilsinlər.
"Əgər səbəb varsa, siz çox siqaret çəkənsiniz, hormonal preparatlar qəbul edirsiniz, ombanızda əməliyyat olub və ya siz xəstəxanaya çox yerləşdirilmisiniz, bütün bunlar risk amilləridir", - o deyib.
Bəzi hallarda, həkimin qeyd etdiyi kimi, uzun müddətli uçuşlar səbəbi ilə və ya hətta avtomobilin sükanı arxasında uzun müddət qalması nəticəsində qan laxtalanması ola bilər.