23:54
22 12 2020

Ağciyəri təmizləyən 6 QİDA

Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur.
Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur. Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.
Publika.az xəbər verir ki, ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və çirkli havadan da zədələnir. Buna görə qidalanmaya müntəzəm olaraq ağciyəri təmizləyən məhsulları daxil etmək lazımdır. Bu hansı məhsullardır?
1. Qreypfurt
Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr ağciyərin hüceyrələrinin bərpasını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyərdə pozulmaların riskini azaltmaq üçün tünd turş dadına malik olan qreypfurt yeməyi tövsiyə edirlər.
2. Sarımsaq
Tənəffüs sisteminin ən önəmli orqanı olan ağciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biri sarımsaqdır. Antibiotik təsir göstərən sarımsaq, tərkibindəki bir çox vitaminlə ağciyər xərçənginə qarşı qoruyucudur.
Yeməklərin yanında bir diş çiy sarımsaq yeməyin ağciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.
3. Zəncəfil
  Çirkli hava şəraiti siqaret və müxtəlif faktorlar ağciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağciyərləri təmizləmə gücü olan bir digər qida isə zəncəfildir. Bir litr suya yarım baş zəncəfil tökün. Bu sudan hər gün 2 fincan qədər içilməsi ağciyərlərin təmizlənməsinə fayda göstərəcək.
  Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını (bərpasını) sürətləndirir.
4. Yerkökü
Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.
5. Kərəviz 
Kərəviz ağciyərlər üçün olduqca faydalıdır. Əgər siqaret çəkirsinizsə, kərəvizdən bol-bol istifadə etməlisiniz.
Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağciyərlərinizi təmizləməyə yardımçı olacaq. Mövsümündə həftədə iki və ya üç dəfə yemək tövsiyə edili

NEWS FEED