İdeal Ürək Pəhrizi
Aralıq dənizi pəhrizi ürək-damar xəstəlikləri səviyyəsini üçdə bir qədər azaldır. Öyrəşdiyimiz qida rasionunu saxlamaqla ürəyimizi necə qoruya bilərik?
Bir anlıq özümüzü Aralıq dənizi sahillərində təsəvvür edək... Mülayim günəş, ilıq külək, zümrüd kimi şəffaf sular... Təsadüfi deyil ki, yunanlar, italyanlar, kipriotlar və aralıq dənizyanı ölkələrinin sakinləri gözəl görünüşlü, gülərüzdür. Amma məsələ təkcə günəşli iqlimdə və təmiz havada deyil. Bu regionların qida məhsulları dadlı olduğu qədər də faydalıdırlar.
Aralıq dənizi mətbəxi orqanizmə vacib olan maddələr mənbəyidir. Rasionun əsasını dəniz balığı və dəniz məhsulları təşkil edir. Məlumdur ki, balıq qiymətli omeqa-3 yağlı turşuların əsas mənbəyidir. Həmin yağlı turşular qanda xolesterin səviyyəsini normada saxlayır, damarları aterosklerotik çoküntülərdən qoruyur, ürək-damar xəstəliklərinin qarşısını alır.
İlıq iqlimdən məhrum olmuş, rasionda balıq ətini quş və mal əti ilə əvəz edən ölkələrin sakinlərinə gündə 250-300 qram tunes, yaxud, istridyə yemək kifayətdir. Yaxşı balıq ətini əvəz etmək üçün əlavə obega-3 turşu tərkibli vasitələr qəbul etmək vacibdir. Bununla həm zövqünüzə uyğun alışdığınız mətbəxi saxlaya, həm də orqanizmi həyati vacib maddələrlə təmin etmiş olarsınız.
Orqanizmi omeqa-3 turşularla təmin etməyə və ürək-damar xəstəlikləri ehtimalını əhəmiyyətli dərəcə azaltmağa balıq yağları kömək edə bilər.
Sutkada cəmi iki kapsul balıq yağı orqanizmi münasib miqdarda omeqa-3 turşularla təmin edir. Preparatların tərkimində yalnız yüksək dərəcədə saflaşdırılmış balıq substansiyası mövcuddur, balıqların orqanizmində təbii yol ilə toplanan civə yoxdur.
Balıq yağlarının əksəriyyəti minimum yağ-maksimum faydalı maddələr prinsipi ilə düzəldilib və uzun illər sağlam qalmaq, həyata yüngül ürəklə addımlamaq istəyənlər üçündür.