02:33
11 12 2020

İstivurma və günvurma zamanı ilk yardım

  İstivurma yüksək ətraf mühit temperaturunun davamlı təsirindən orqanizmin qızması nəticəsində yaranan vəziyyətdir. Yeni doğulmuş və 1 yaşa qədər uşaqlarda asanlıqla və sürətlə inkişaf edir.

  Orqanizmin həddən artıq qızması havanın yüksək temperaturundan, çox istipaltardan(xüsusən, süni parçadan), fiziki gərginlikdən, susuzlaşmadan baş verə bilər. Vəziyyət süstlük (halsızlıq), tez yorulma, başgicəllənməsi, baş ağrısı, yuxuculluq ilə müşayiət olunur, nəfəs çətinləşir, bədənin hərarəti 40°-yə qədər yüksəlir. Səbəb aradan qaldırılmasa istivurma baş verir: zərərçəkmiş huşunu itirir, yıxılır, avazıyır (Rəngi qaçır) və tərləyir.
  Birbaşa günəş şüaları günvurmaya səbəb ola bilər. Gün vurmanın ilk əlamətləri üz dərisinin qızarması, güclü baş ağrısıdır. Sonradan ürəkbulanma, başgicəllənməsi, gözlərin qaraıması, təngnəfəslik yaranır, ürək fəaliyyəti pisləşir.
  Hər iki halda ilk yardım aşağıdakı tədbirlər nəzərdə tutulur:
  • Təmiz hava axınını təmin etmək və insanı kölgəyə aparmaq;
  • Baş, qasıq nahiyəsinə, dizaltı çuxurlara soyuq kompres qoymaq;
  • Su içizdirmək, zərər çəkmişin üzərinə soyuq su çiləmək, nəmli mələfəyə bükmək;
  • Sərin duş və vanna;
  • Huşun itməsi zamanı insanın burnuna ammonyak məhlulunda isladımış pambıq yaxınlaşdırmaq.
  Baş, bədən səviyyəsindən yüksək olmalıdır. Qusma varsa, başı yana çevirmək lazımdır ki, qusuntu kütləsi tənəffüs yollarına düşməsin.
  İstivurmadan və günvurmadan qorunmaq üçün başınızı örtün, açıq rəngli paltar geyinin (tünd rənglər i stini özünə çəkir), Su rejimini gözləyin, Adi su əvəzinə kəmşirin və ya limonlu çay və duzlu ayran için. İsti havada çoxlu tərəvəz yeyin, südturşulu məhsullara üstünlük verin.
  Zərərçəkmişin nəfəsi dayanarsa, nəbz əllənməsə dərhal süni nəfəs verin və ürəyin qapalı masajına başlayın və təbii ki, “təcili yardım” çağırın.

NEWS FEED