Operativ qərargahın bugünkü brifinqindən açıqlama!
YAYIN.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev söyləyib.
O, qeyd edib ki, vaksinin əsas hədəfi immun sistemini aktiv vəziyyətə gətirməkdir: “Tarixboyu bütün infeksion xəstəliklərə qarşı iki əsas yanaşma olub. Bunlardan birincisi gigiyenik qaydalar, maska taxılması və sosial məsafə prinsipləridir. Digəri isə immunoprofilaktikadır. İmmunoprofilaktika, yəni vaksin vasitəsilə qısa zamanda epidemiya və pandemiyanın qarşısını almaq mümkündür. Vaksin vasitəsilə biz vücudun immun hüceyrələrini baş verəcək təhlükə ilə tanış edirik. Nəticədə immun sistemini virusla mübarizədə hazır vəziyyətə gətiririk. Hansı yolla əldə edilirsə edilsin, vaksinin əsas hədəfi immun sistemini aktiv hala gətirməkdir. Bizim hər birimiz peyvəndə inanmalıyıq. Bu, bizim hər birimizin sağlığıdır