18:53
23 01 2021

Sütunlar üzərində şəhər: Bakının “Neft daşları” 1975-ci ilin açıqcalarında

1949-cu ildə Bakıdan 42 km aralıda açıq dənizdə sütunlar üzərində bütöv bir şəhər tikildi. Bu sadəcə bir şəhər deyildi sahildən on kilometrlərlə uzaqda açıq dənizdə neft çıxaran işçi-neftçilərin xüsusi yaşayış yeri yaradıldı.
Şəhərə Neft Daşları adı verildi.
Artıq 1951-ci ilin fevralında Neft Daşlarından neftlə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndidəki neft limanına yanaşdı. Elə həmin il, Neft Daşlarını fəth edənlərin böyük bir qrupuna birinci dərəcəli SSRİ Dövlət Mükafatı verildi.
1975-ci ildə “Planet” nəşriyyatı Moskvada “Neft daşları” açıqcalarını nəşr etdirdi.
Tiraj 100.000 nüsxə idi. Bunun üçün H.Hüseynzadənin fotolarından istifadə edilib.

NEWS FEED