257
19:48
19 01 2021
Polietilen torbalar pullu olacaq
“Yalnız nazik deyil, daha qalın polietilen torbaların da ödənişli olması üçün qanunvericilikdə dəyişiklik edilə bilər”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. O qeyd edib ki, polietilen torbaların alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır:
“Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub. Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq.”.