332
23:07
11 01 2021
Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi
Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.
Qeyd edək ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu - 9-cu təsnifat hesab olunur.