269
09:42
09 01 2021
İsa Həbibbəyli vəzifəsindən azad edildi
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq, yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.
Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə seçilib.
Akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın birinci vitse-prezidentləri vəzifəsindən azad edilərək, qurumun vitse-prezidentləri seçiliblər.
Eyni zamanda, akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.