13:00
08 01 2021

Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ


“Məcburi köçkünlərdən evə qayıtmaları ilə bağlı suala səmimi cavab vermələri xahiş olunur. Ola bilsin ki, hansısa məcburi köçkün qayıtmaq istəməsin, bu, onların seçimidir”.
Yayin.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, artıq mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusu itirilmiş olacaq:
“Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil edilən imtiyazlar qüvvəsini itirmiş olacaq”.
“Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”, - deyə o əlavə edib.

NEWS FEED