Qanunsuz ov edən şəxslər saxlanıldı
Goranboy rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.
RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi və dörd ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan “İJ” markalı, 12 kalibrli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.