16:56
04 11 2023

Azad edilmiş ərazilərə 2026-cı ilin sonunadək 34 500 ailə köçürüləcək

“Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulub”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ən vacib məqamlardan biri onların təkcə işğaldan azad olunmuş ərazilərə qayıdışını deyil, dayanıqlı məşğulluğunu təmin etməkdir:

“Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Prezidentin xüsusi nümayəndəliklərinin üzərinə böyük iş düşür. Bu istiqamətdə işlər görülür, artıq bir neçə yaşayış məntəqəsində əhali məskunlaşıb və bu proses fasiləsiz olaraq davam edir”.

NEWS FEED