Dünyanın danışdığı yeni virusun adı
Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok və Baş nazir Boris Conson mutasiyaya uğramış yeni növ koronavirusla bağlı açıqlamalar veriblər.
"Yayin.Az"-ın məlumatına görə, Hankok peyvəndlər vurulana qədər mutasiyaya uğramış formanı nəzarət altına almağın çətin olacağını deyib:
“Hər kəsi COVİD-19 yeni başlayırmış kimi tədbirli davranmağa dəvət edirəm. Tədbirli olmadıqca yeni mutasiya növünü nəzarət altına ala bilmərik. Məhdudiyyətləri qarşıdakı bir neçə ayda da davam etdirməyi planlaşdırırıq”.
Boris Conson isə açıqlamasında səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verildiyini və 70% daha çox yoluxucu ola biləcəyini deyib:
“Xəstəliyin klinikliyini, risk qruplarını və şiddətini dəyişib-dəyişməyəcəyini hələlik bilmirik”.
Qeyd edək ki, Niderland, Fransa, İtaliyadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.