111
17:12
19 10 2022
Bağçada çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibə mərhələsi başlayıb
Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Elm və Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib. 28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.