119
14:34
18 10 2022
Ağciyər Xəstəlikləri İnstitutunda insident
Bakı şəhəri, Nizami rayonunda yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda insident baş verib. Oktyabrın 15-də xəstəxanaya gələn 1995-ci il təvəllüdlü R.Əsədov orada müalicə olunan qardaşının yanına keçib onunla görüşmək istədiyini bildirib. Həmin şəxsə palataya keçməyin qadağan olduğu bildirilsə də, R.Əsədov qardaşının vəziyyətinin ağır olduğunu bildirib və içəri keçməkdə israr edib. O, bıçaqla mühafizəçiyə hücum edərək onu hədələyib. Əraziyə cəlb edilən polis əməkdaşlarının köməkliyi ilə həmin şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb. Barəsində protokol tərtib edilən R.Əsədov Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.
© “Qafqazinfo”