84
16:38
04 10 2022
Azərbaycanda daha 96 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, 9 921 nəfər vəfat edib, aktiv xəstə sayı 776 nəfərdir. Ölkədə son sutka ərzində 3 806, hazırkı dövrədək isə 7 260 232 test aparılıb.