“Şəhid anası işə bərpa olunub” - Sumqayıt icra hakimiyyətindən
"Şəhid anasının çalışdığı "Elat” quşçuluq fabriki Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyəti məsələyə qarışdıqdan sonra şəhid anası Məhbubə Hüseynova işə bərpa olunub”
Bu barədə Xeberle.com-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qobustan rayonunda qeydiyyatda olan Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin anasının işdən çıxarılması ilə bağlı məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən öz həllini tapıb: "Ailənin istəyi nəzərə alınaraq şəhidimiz Adil Akif oğlu Rzayev Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Digər şəhid ailələri kimi bu ailə də diqqət mərkəzində saxlanılır. Ailəyə ərzaq və maddi yardım göstərilib".
Qeyd edək ki, şəhid anası mətbuata müsahibəsində "Elat” quşçuluq fabrikində işdən çıxarılması ilə bağlı məlumat vermişdi.