19:13
21 09 2022

“Nar” və “Bakcell”dən operatorlarının şəbəkələrində yaranan problemlə bağlı AÇIQLAMA

Azərbaycanda “Nar” və “Bakcell” operatorlarının şəbəkələrində problem yaranıb.


“Bakcell”dən verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - deyə qurumdan bildirilib.

“Nar” da mövzu ilə bağlı açıqlama verib:

“Texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcəkdir”, - deyə məlumatda bildirilib.

NEWS FEED