



Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti ləğv edildi
Ötən gün ermənilərə dəstəklə çıxış edən ukraynalı məşhur müğənni Maks Barskixin Bakıda solo konserti ləğv edilib. Bu barədə Media.Az-a iticket.az saytının nümayəndələri məlumat veriblər. Bundan əlavə, alınan biletlərə görə ödənilən vəsaitin geri qaytarılacağı qeyd edilib.
Qeyd edək ki, ifaçının özü də “Instagram”ın “hekayə” bölməsində müvafiq postu silib.