12:06
15 09 2022

DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə, valideynlərə və məktəb kollektivlərinə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirilib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:

“Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusən də məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət surətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideynlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik! Hər hansısa bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərməyini bir daha xahiş edirik!”

NEWS FEED