149
12:28
09 09 2022
Valideynlərin övladlarının dərsə davamiyyətini izləyə biləcəkləri yeni proqram hazırlanır
“Bəzən tələbə öz akademik borclarını valideynlərə bildirmir və kreditlərin verilməsində problemlər meydana çıxır”. Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, bunun üçün xüsusi proqram hazırlanır və valideynlər onun vasitəsilə övladlarının dərslərə davamiyyətini, göstəricilərini izləyə biləcəklər. A.Paşayev xatırladıb ki, qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb: “Gələcəkdə bu məsələyə yenidən baxıla bilər”.
© Report