“Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı
“Nar”ın ənənəvi tərəfdaşlığı ilə keçirilən “Netty-2021” internet mükafatının qalibləri bəlli oldu.
Dekabrın 18-də keçirilən final tədbirində 6 əsas nominasiya üzrə 18 layihə və “Netty” Ekspertlər Şurasının seçimi ilə qalib olub.
Builki müsabiqədə 200-dən çox layihə “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə müsabiqədə iştirak üçün müraciət edib. Bundan başqa, hər nominasiya 3 alt nominasiyadan ibarətdir. Qaliblər və onların seçim qaydaları barədə ətraflı məlumatı netty.az saytından əldə etmək olar.
Final mərasimində mükafatçıları təbrik edən “Azerfon” MMC-nin (“Nar”) İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib: “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir.
Bu layihələrin əsas məqsədi, interneti daha faydalı etməklə, cəmiyyətə öz töhfəmizi verməkdir”.
2004-cü ildən təsis edilmiş “Netty İnternet Mükafatı” hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələri qiymətləndirir və müxtəlif istiqamətlər üzrə mütəxəssislərin seçimi ilə ən yaxşıları mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn korporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. Ətraflı: nar.az/projects
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkə ərazisinin 91 %-ni, əhalisinin 99 %-ni əhatə edir. 8780-dan artıq baza stansiyası ilə “Nar” şəbəkəsi 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. 2017-ci ildə “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Müştəri Loyallığı İndeksinə (Net Promoter Score) əsasən, “Nar” 2019 və 2020-ci illərdə ardıcıl olaraq, ölkədə ən yaxşı mobil operator seçilib.