13:04
08 12 2021

Ülvi Mehdiyev: “40 şəhid ailəsi üzvü, 15 qazi “ASAN xidmət”də işlə təmin olunub”

“Bu günə kimi 40 şəhidin ailə üzvü və 15 qazi “ASAN xidmət”də işlə təmin olunub”. 
Bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında “ASAN xidmət”in sədri Ülvi Mehdiyev bildirib. 
O qeyd edib ki, Fondun işçiləri Aprel döyüşünün iştirakçıları, qazi və şəhid ailələrindən təşkil olunub.
Ü.Mehdiyev qeyd edib ki, ötən ilin dekabrında 69 rayon üzrə 16 minədək şəhid ailəsi ilə Fondun əməkdaşları tərəfindən təşkil edilən qrup nümayəndələrinin görüş keçirilib, problemləri ilə maraqlanılıblar.
Sədr qeyd edib ki, 4700 nəfərdən çox şəhid və qazi ailəsinə “ASAN xidmət”də növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb. 

"İndiyədək 65 milyon manat Fonda ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib", - deyə agentlik sədri bildirib.

NEWS FEED