09:09
30 01 2021

Metroda işləmək istəyənlərin NƏZƏRİNƏ

“Bakı Metropoliteni” QSC tərəfindən qatar maşinisti peşəsinə seçimlər elan edilir. Qurum tələblərə uyğun gələn gəncləri fəal olmağa dəvət edir.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
“Bakı Metropoliteni” hərəkət qatarlarının maşinisti peşəsi üzrə seçimlərdə iştirak etmək istəyən namizədlər aşağıdakı tələblərə diqqət etsinlər:
• yaşı 24-30 arasında olan kişi və qadın namizədlər;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.
Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. 
Ərizə forması doldurularkən bir məqama xüsusi diqqət olunmalıdır: elektron müraciətdə, iddia etdiyiniz peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməlidir.
Elektron ərizələr 1 fevral 2021-ci il tarixindən 15 fevral 2021-ci il tarixinə qədər qəbul edilir. 

NEWS FEED