323
12:27
17 01 2021
MN: “Müraciətlərə baxılması üçün daha iki komissiya yaradılacaq”
Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, fəaliyyətimizin genişləndirilməsi üçün 2 səyyar qrup daha yaradılması qərara alınıb.
"Yanvar ayının 18-dən etibarən Bakı şəhərində yerləşən Pirişükül qəsəbəsindəki hərbi hissədə və Gəncə şəhərində yerləşən hərbi hissənin ərazisində səyyar komissiya fəaliyyət göstərəcək.