290
19:52
13 12 2020
Rusiya sülhməramlıları daha 2 kəndə nəzarət etməyə başladı
Rusiya sülhməramlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə də nəzarət etməyə başladı.
Yayin.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlı əməliyyat zonasının yenilənmiş xəritəsi yayımlanıb. Xəritənin yeni versiyasına əsasən, zonaya Xocavənd rayonunun Çaylaqqala (Xtsaberd) və Köhnə Tağlar (Khin Taher) kəndlərinin əraziləri də daxildir.
Atəşkəsdən sonra bu kəndlərin meşələrində erməni terrorçuları qalmış, bir gün əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu terrorçulara qarşı anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.