15:44
09 01 2021

İnam Kərimov onlayn müşavirə keçirdi

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Barama istehsalının səmərəli təşkili” mövzusunda onlayn müşavirə keçirilib.
Nazirlikdən bildirilib ki, müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və Nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak edib.  
Onlayn müşavirədə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. 
Tədbirdə yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalara uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. 

NEWS FEED