143
09:17
05 09 2023
ABŞ-nin birinci xanımı koronavirusa yoluxub
ABŞ-nin birinci xanımı Cil Bayden COVID-19-a yoluxub. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. “Bu gün birinci xanımın COVID-19 testi müsbət çıxıb. Onun hazırda yüngül simptomlar müşahidə edilir. O, Delaver ştatındakı evində qalacaq”, - deyə məlumatda qeyd olunur. © TASS