111
12:13
29 09 2022
Sahibkarlar üçün ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlandı
Azərbaycanda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı” haqqında qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi, 5 fəsil, 15 maddədən ibarətdir. “Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir”, - deyə o əlavə edib. Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. © Oxu.Az | Aqşin Kərimov