109
12:26
29 09 2022
Ermənistan mətbuatı: Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsinin mətni ilə Praqaya gedir
Nikol Paşinyan noyabrın 6-da əlində sülh müqaviləsinin mətninin ilkin variantı ilə Praqaya (Çexiya) yola düşəcək. Ermənistanın “Past” nəşri yazır ki, sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsas diqqət sülh müqaviləsi mətninin layihəsinə yönəldilib. A.Qriqoryan və H.Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar.