108
19:15
28 09 2022
Fransa nümayəndə heyətinin Cənubi Qafqaza səfəri Minsk Qrupu ilə bağlı deyil
Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, onun səfərinin Minsk Qrupunun fəaliyyətilə heç bir bağlılığı yoxdur. Qarşıdan gələn səfərlə əlaqədar Fransa tərəfinin Azərbaycan XİN-ə göndərdiyi rəsmi sənəddə “Minks Qrupu” ifadəsinə yer verilməyib. Belə ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir. Həmçinin, məlumata görə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmenuel Makronun diplomatik müşaviri İzabel Düpont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.
© Oxu.Az