154
16:37
16 12 2021
Makron Azərbaycan dilində paylaşım etdi
Fransa Prezidenti Emmanuel Makron ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Fransa liderinin paylaşımı Azərbaycan dilində etməsi diqqət çəkib.
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - deyə Fransa prezidenti bildirib.