Qarabağdakı nəqliyyat əlaqələri üzrə ekspert alt qrupları yaradılacaq
Rusiyanın paytaxtı Moskvada Dağlıq Qarabağ üzrə Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib.
Görüşdə üçtərəfli işçi qrupunun iştirakçıları nəqliyyat, təhlükəsizliyinin təmin edilməsi, habelə digər nəzarətlər üzrə mütəxəssislərin alt qruplarının yaradılması barədə qərar qəbul ediblər.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Tərəflər dəmir yolu, avtomobil və digər daşınmaların təminatları məsələləri üzrə, həmçinin, təhlükəsizlik də daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və kontrolun başqa növlərinə nəzarət üzrə ekspert alt qruplarının formalaşdırılmasını qərara alıblar”, - Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa qərar veriblər.
© TASS Agency