Hazırki Mərkəzi Bank binasının aqibəti necə olacaq?
Mərkəzi Bankın hazırki binası dövlətə təhvil veriləcək.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Mərkəzi Bank yeni biznes modelinə keçir və hazırda maliyyə bazarlarına nəzarəti tam olaraq həyata keçirir:
“Biz faktiki olaraq üç ünvanda yerləşirik: köhnə binamız, yeni binamız və bizim pul təsərrüfatımızın, xəzinəmizin böyük bir qisminin yerləşdiyi ünvanda. Vurğulamalıyıq ki, təhlükəsizlik cəhətdən Mərkəzi Bankın xəzinəsinin böyük bir qismi bankdan kənardadır.
Mərkəzi Bank modern bir institutdur və biz burada biznes problemlərini tam əhatə etməklə avtomatlaşdırmanı başa çatdıra bilmirik. Buna görə də yeni binaya ehtiyacımız var. Yeni binaya keçdikdən sonra hazırda olduğumuz ünvanları dövlətə qaytaracağıq”.
Mərkəzi Bankın sədri hazırda mövcud ünvanların çox əhəmiyyətli və qiymətli aktivlər olduğunu qeyd edib.