237
20:40
20 01 2021
Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınan yüklərin həcmi açıqlanıb
2020-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 35 milyon 549,7 min ton olub.
Yayin.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınmış yüklərin ümumi həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz az olub.
Belə ki, yüklərin 19 milyon 318,3 min tonu və ya 54,3 faizi avtomobil nəqliyyatı, 11 milyon 665 min tonu və ya 32,8 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 566,4 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,2 faizini və ya 7 milyon 535 min tonunu tranzit yüklər təşkil edib.